HEÇ KİM DİNLƏMİR

heç kim dinləmir

Ətrafına baxır,heç kimin bir-birini dinləmədiyi zamanlarda

 

danışmağın necə asan olduğunu görür.Normal şəraitdə insanlar ünsiyyət 

 

qurmaq üçün danışırlar.Bu fəalliyətin düzgün yerinə yetirilə bilməsi 

 

birbaşa   onların bir-birini dinləməsindən asılıdır.

 

Dərdləşmə seansı belə təşkil olunmalıdır:

 

Dərdlər növbəli şəkilldə dilə gətirilməli,qarşılıqlı

 

hörmət çərçivəsində davam etdirilməlidir.

 

Təbii ki,yazılanlara proses zamanı riayət etmək biraz çətindir.

 

Hələ də bizim cəmiyyətdə...

 

Hər kəs ürəyini boşaltmaq istəyir,

 

lakin başqalırının giley-güzarlarını və fikirlərini qulaq ardına vurmaqdan

 

kimsə əl çəkmirdi.Bəs niyə belə olur?

 

Məncə sualın cavabını axtarmaq,”Ən böyük dərd mənimkidir”

 

düşüncəsinin geniş yayıldığı həqiqətini qəbul etməklə  başlayır.

 

Hamının(özündən başqa) xoşbəxt olduğunu zənn edənlər,bu halı

 

ilahi cəza kimi  qiymətləndirirlər.

 

Belə bir bənzətmədən istifadə edək :

 

"Yəhudi olmağa canfəşanlıq göstərənlər,Ağlama divarı olmaq istəmir".

 

Onlardan biri susub,ürəyində öz-özünə danışmağı daha məqsədəuyğun

 

hərəkət kimi qiymətləndirir.Belə bir sual beynində,fırlanır,burulğana çevrilir :

 

- "Niyə insanlar bir-biri ilə görüşür,bir yerə yığışır və

 

düzgün ünsiyət qurmamağa çalışırlar?"

 

Madam ki,etik qaydalara riayət etmirlər,

 

onda hörmətsizlik ənənələrini yaşatmaq üçün toplaşmasınlar.

 

Bəlkə də başqalırının xəyallarında mövcud ola bilməməkdən qorxanlar

 

bu tendensiyanı davam etdirirlər.Çünki,onlar xəyal qura bilmir.

 

Təfəkkür etmədikləri üçün daxili aləmlərinin

 

 xanaları qaranlıq, pəncərələri torludur.

 

Yaşadığın həyat haqqında nə bilirsən?

 

Bir ömrün filankəsin bir neçə dəqiqəlik qurduğu xəyaldan ibarət olmadığını

 

iddia edib,tutarlı cavab vermək çətindir.Xəstə qadın pəncərədən baxır və

 

 xəyalında bir ailənin maraqlı həyatını canlandırır.

 

Gözünə ilişən gözəl bir mənzilə orta təminatlı ailəmizi köçürür.

 

Onların həyəcanı xəstə qadını sevindirir,onu həyata bağlayır.

 

Xəstə qadın özünü həmin ailənin bir üzvü olaraq qəbul edir:

 

Sevincləri ilə sevinir,kədərləri ilə üzülür.

 

Sadəcə bir xəyaldan ibarət olduqlarından xəbərləri yoxdu ailənin…

 

Onlar əşyaları yerləşdirmək təlaşı ilə işlərinə davam edir.

 

Gözlərdə canlanan xəyal o qədər maraqlı olur ki,

 

başqa ailələr də bu atmosferin bir parçasına çevrilmək istəyir.

 

Xəyal dünyasına girməyə namizəd olan ailəmizi anlamaq lazımdır.

 

“Real” cahanda bədbəxt yaşamaqdansa,ürəyiyumşaq xəstə qadının 

 

rəngarəng xəyallar aləmində xoşbəxt olmağa üstünlük verirlər.

 

Budur,qapı döyülür və açılır,salamlaşma mərasimi

 

 sonra içəri daxil olurlar.

 

Otaqların birində,ailə üzvlərinə "xoşgəldiniz" demək üçün

 

gələn qonşular arasında söhbət gedir...

 


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.