BİLMƏDİYİ ZAMANLAR

bilmədiyi zamanlar

İnsan bəzən harasa niyə getdiyini bilmədiyi zamanlarda həmin məkana

 aparan yolu "ölçür".Bəlkə qonaq olduğunu unudur,

bəlkə də ikincidərəcəli  mehman olmaq istəmir. 

Hər kəs "həyat" adlı maraqlı kompozisiyaya qulaq asır,

məsələnin qəribə tərəfi odur ki,hər nəqarətdə dinləyicilərin sayı azalır.

Əslində bu anormal kimi qəbul edilən normal proseslərdəndir.

Oturub söhbət edirlər; birinci hissədə monoloq baş verir,sonra 

bir-birinə cavab vermək üçün məcburən "qulaq asırlar".

Çətin qərarlar qəbul edilir,təskinliklər tapılır.

Bir çoxumuzun müşahidə etdiyi söhbət mənzərələri;

Bu elə söhbətlərdir ki,heç kim ondan "doymaq" istəmir.

Xəyalpərəst ondan soruşur:

+ niyə məyussan?

                           - ürəyimi sıxan bir kəslə danışırdım

+ kiminlə?             

- özümlə               

+ maraqlıdır         

 - maraqsızdır...      


Əslində insanın özü ilə danışması bir çox hallarda 

müsbət bir davranış kimi qiymətləndirilmir, amma bu monoloqlar insanın hərəkətlərini,

sözlərini ölçüb-biçməsinə,müəyyən qərarlar qəbul etməsinə vəsilə olur.

Bu nüanslar başqaları tərəfindən kənardan çox vaxt ya müşahidə edilmir,

ya da düzgün anlaşılmır.Bunun səbəbi, bir sıra 

ardıcıl baş verən hadisələrlə izah oluna bilər.Məsələn,bəhs olunan proses

insanın daxili aləmində ortaya çıxır,ona görə də

 bu cür əlamətləri sezmək çox çətindir.Tutaq ki,bu nümunəni düzgün qəbul edək.

Onda müxtəlif suallar yaranır:


"Fərdin daxili aləmində yaşadığı,hiss etdiyi məqamlar

 onun sözlərinə,davranışlarına,həyat tərzinə  təsir göstərir?"

"Göstərirsə,nə dərəcədə göstərir?"

"Bu təsirlər niyə  digərləri tərəfindən müşahidə edilə bilmir?"


         Bu sualların maraqlı cavabları var.

Şəxsiyyət kimi formalaşmağa çalışan fərd,

bu istiqamətdə addım atmağa cəhd göstərir,

amma bu hərəkət cəmiyyətdə özünə yer tapmaq üçün yetərli olmur.

Bu zaman yaranmış xaotik situasiyalar insanı,

müəyyən sorğular keçirməyə,əhval-ruhiyyəsi haqqında düşünməyə,

"vicdan mühasibatı" aparmağa,

özünü kənardan müşahidə etməyə,bəzən xarakteri ilə

əlaqəli tənqidlər söyləməyə vadar edir.Cərəyan edən olaylar fonunda

ətrafında olan insanların, həmin şəxsin "axtarış"ına öz töhfələrini verdiklərindən

bir çox hallarda xəbərləri olmur.

Səbəb-nəticə əlaqəsinin hökm sürdüyü hadisələr zəncirində

insanlararası ünsiyyət çətinləşir və qeyri-müəyyənlik başlayır.

Bu elə bir tənlikdir ki,zaman keçdikcə

dəyişənlərin və etibarsızlıqların sayı artır...



                                                   



Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.