DEYİLMƏYƏN SÖZLƏR

         

                   deyilməyən sözlər                   

Həyatda bir çox maraqlı hadisələr qapı kənarında baş verir.

 

Anlaşılmayan şeylər qapı açılarkən,ya da bağlanarkən aydın olur.

 

Aman Tanrım! Birdən qapı açilmazsa... onda nə olacaq?

 

Maraqlı nüanslar bəzən maraqsız suallar ortaya çıxarır hansı ki,

 

onları cavablandırmaq o qədər də bezdirici deyil.

 

Yaşadığım yerdə qapılarda problem var.

 

Divarlarda güzgü görmək istədiyin vaxtlarda,səslər eşidirsən :

 

"Arada aynaların yalanını eşitməyə ehtiyacı olur onun"...

 

İnsan seçim edərkən həmişə "nələrinsə" kənarında olur.

 

Oturub “söhbət edir”dilər(sözün düzü,bir-birinin xəyallarında yeri olmayan

 

insanlar göz- gözə belə baxa bilmir).

 

İki şəxsin dialoq qurmaq əvəzinə "dəhşətli" monoloqlar burulğanında limana yanaşması...

 

Dəhşətli səssizlik ən böyük fəryaddır.

 

Hər kəs bu “işgəncə”nin tezliklə bitməsini

 

istəyir,amma heç kim sözə başlamaq istəmir.

 

Onları da qınamaq olmaz nə danışsınlar ki…

 

İkisi də qarşı tərəfin söyləyəcəklərini

 

təsdiq etməyə hazırdır.Tanrım,sadəcə bir cümlə,

 

cümləni qoy kənara, sadəcə bir söz lazımdır.

 

Yoxsa bu söz “açar söz” rolunu oynayır,heç bizim xəbərimiz yoxdur.

 

Elə sözlər var ki,onlar  deyilməlidir.

 

Bir çox hadisələrin gedişatında deyilməyən sözlər,

 

deyilən sözlərdən daha təsirli olur.

 

 Ona görə də insanlar danışmaqdan qorxur.

 

Çənələrinin boşalması,ürəklərinin ən dərin

 

yerində qalan qara sözlərin dillərinə gəlmə ehtimalı

 

kimi hallar onları narahat edir.

 

Necə etməsin? Uzun müddət qoruduğu “səssiz”liyi bir anlıq “həqiqət eşqi”

 

çılğınlığına qurban verməməlidir.Bu qədər cəsarət bir çoxları üçün lazımsız,

 

hətta ağılsızlıqdır.

 

Əşi işin olmasın bu vəziyyətlə ! Həmin səssizlik,

 

sadəcə sükutun hökm sürdüyü anlardan ibarət deyil,

 

 özündə şablon cümlələri,”zorakı”lığa məruz qalmış

 

 dialoqları,pərdələnmiş sözləri ehtiva edir.

 

Aramızda qalsın,sözlər də bu olanlardan

 

 dilxordu.Funksiyalarını yerinə yetirə bilməməsi

 

onları götür-qoy etməyə vadar edir.

 

Sözlər belə götür qoy etməyə cəhd edir,

 

həqiqətin meydana çıxmasına töhfə verməyə

 

 çalışırlar.Arada fikirləşirəm,sözlər dilə gəlsə,

 

onları əyib-bükən,gizlədən insanlarla nə

 

danışar(yoldaşlar,siz nə fikirləşirsiniz bu barədə?).

 

Məncə bu fikir belə çoxlarının yuxusunu

 

 qaçırdır.Əvvəlcə lənət “seans”larına başlayıb

 

 yekun fəsildə duayla bitirirlər maraqlı səyahətlərini.

 

Bəzi insanlar sözləri,fikirləri ifadə edə bilməməklə ittiham edir.

 

Müəyyən qədər haqlı ola bilərlər.

 

Görəsən,bu dərəcə reallığın bəyan edilməsi üçün

 

Sözlərin funksionallığına nəzarət edən  bəşər övladları mövcuddur?

 

 

                                                

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.