Qurduğun cümlələrin "amma"sı var.Qapını açıb çölə çıxanlar,küləyin
öndə gedən qızın saçını dalğalandırdığını görür.
+ Hansının?
- Çantası olanın
+ Hamısının var
- Çantası olmayan qız var?!
Qəribə dialoqlar bəzən insanları monoloqlara yönəldir.
Əgər bu proses uğurlu alınsa,
işi vicdan mühasibatına qədər aparmaq olur.
Ammma bu təsadüfi insanlarda baş verir.
Hava buludludur.
Maraqlı düzülüşü olan buludlar,sanki kimlərisə qarşılamağı gözləyən
insanlar kimi həyacanla dayanıblar.
Ürək.yorulanda,göz "tərləyərmiş".
Axan damlalar ruhun dərinliyində özünə yer tapır.
Artıq "eskalator söhbətləri"ndən bezənləri qınamıram.
İşıq dirəyi olmayan küçələrdə gah yüyürür,gah da ləngiyirdi.
Nələrisə müşahidə etmək üçün...
Gördüyü evlərin pəncərəsindən payız yağışına oxşar göz yaşları axır.
Yolda gördüyü insanların hər biri,öz dərdlərinin
ən böyük olduğunu
yerdə qalan bütün insanları dünyanın ən xoşbəxt məxluqları kimi qələmə
verir və bu situasiyanın verdiyi “əzab”dan həzz alaraq məğrur şəkildə
yaşamağa davam edirlər.
Gördüyü dilənçilər gülümsəyir,o isə onları ürəyində sakitcə salamlayır.
Kənardan baxan rəssam üçün necə də heyrətamiz mənzərədir.Anlayır
ki,həyatda maraq axtardıqca hər şey daha da rəngsiz və boz olur.Əslində
həqiqəti bilmək o qədər də çətin deyil.Təhlükəli cəhəti onu qəbul
etmək,varlığına dözüm göstərmək,yaratdığı nizama adaptasiya
olunmaqdır.Bəs
o anları yaşamaq? Yəqin ki,yazmaqdan
daha çətindir...
Hiç yorum yok