MARAQSIZ DİALOQ

                                          maraqsız dialoq                   

                     X küçədən keçir(ətrafına baxa-baxa);

Y evdə oturub gözləyir(görəsən kimi?).

X-in gözü bir qapıya ilişir, rəngi və zəngi
çox xoşuna gəlir.

Təfəkkür edir : Həqiqətən qəşəng zəngin

səsi maraqlı olar?

Y divardakı saatına baxır,amma aynada

illər əvvəlki özünü görür.

X zəngə toxunur-toxunmaz(aman Tanrım)
Y qapını açır;

7 saniyəlik baxışma mərhələsindən

sonra aralarında bu cür
dialoq yarandığı nəql olunur(!)

Y : Kim lazımdır?

X : heç kim...

Y : Axı zəng?!

X : səsini eşitmək üçün

Y : bəs zəng işləməsəydi

X : qapını döyərdim

Y : Evdə mən olmasaydım...

X : aramızda belə bir maraqsız

söhbət keçməzdi.

* Y məyus olur : O qədər il sonra

bu qədər maraqsız söhbəti gözləmişdi?


* X peşman olur : zənglər çalınır,qapılar açılır,
insanlar məyus,söhbətlər maraqsız...


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.