Bir nəfər fikirlərim var dedi,kimsə dinləmək istəmədi;
Kitab mübadiləsi təklif etdi,
hər kəs ağız büzdü.
Haqqımızı tələb edək dedi,
anarxistliklə ittiham olundu.
Vətənimizi sevək,millətə faydalı olaq söyləyirdi
ki,ətrafındakılar
faşistlik etmə deyə qışqırdılar !
Həmin adam ətrafındakı yoldaşlarından uzaqlaşdı.
Bir ağacın altında oturub gözləməyə başladı,amma
heç kim gəlmədi...
Bəs niyə ? Həqiqətən həqiqətləri danışanlar həqiqət
kimi tək qalır?
Bəlkə də ən yaxşısı "bilməmək xoşbəxtlikdir"
prinsipi ilə
hərəkət edib kütləyə inteqrasiya olunaraq ellə
sürünüb gedək.
Bir dəqiqə,hər şey bu qədər asan olmalıdır?!
Məncə yox.Birincisi,məqsədimizi
müəyyənləşdirməliyik.
Dünyaya gəlməyimizin hikməti,bir çox
dünyagörüşünə görə
xoşbəxt olmaq və dinc həyat tərzi yaşamaqdır.
Xoşbəxt olmaq anlıqdır,yoxsa ömürlük?
Bu suala cavab vermək üçün
əvvəlcə bu məfhumun bizə görə
nəyi ifadə etdiyini aydınlaşdırmalıyıq.
Xoşbəxtliyi həyatın anlarında yox,
bütünlüyündə axtarmalıyıq.
Homogen xoşbəxtlik yoxdur,
çünki ətrafımızı tragediyalar mühasirəyə alıb.
Biz bunu görmək istəməsək də
istənilən sevincli hadisə
özündə dramatik nüansları,komplek
həyat quruluşlarını ehtiva edir.
Hiss etdiyimiz duyğuların
hamısı iç-içə
keçib,biri bitərkən digəri başlayır,ya da paralel
şəkildə davam edirlər.
Bu hal bəzilərinə yad deyil.Bəzən insan
nə hiss etdiyini
heç özü də bilmir.Əslində o bir nəfər gəncliyini
gözləyirdi,lakin o gəlmədi.
Çünki son görüşlərində gəncliyi
ondan bərk incimişdi...
Hiç yorum yok