Səssizlik sonra qapı cırıltısı...
İçəri heç kim daxil olmadı.
Sadəcə küləyin şıltaqlığı ucbatından
qapı həmişəki dözümsüzlüyünü göstərdi.
Buraların qapılarında problem var deyəndə
kimsə inanmır mənə.
Di gəl gör ki qapıları
Oğuz xaqanın dediyi kimi "Qapısız ev olmaz".
Ulu
Qapı sadəcə açılıb örtülən bir
qurğu deyil ki...
Qapı,aləmlər arası bir "dayanacaq"dır.
Hərə bir qapı ağzında gözləyir,
amma açılmayan qapılar qərarlarında qətiyyət göstərirlər.
Aləmlərarası səyahəti(fantastik səslənir)
qapılarsız təsəvvür etmək olmaz.
Əslində qapı simvolu,xarici mühitdən gələn
şeyləri qəbul etməyi,
arzulananan atmosferə daxil olmağı,
məkan dəyişikliyini
və yeni fürsətlərin doğuşunu
özündə ehtiva edir.
İngilislərin belə bir adəti varmış :
Qapı döyüləndə ev sahibi
tez əlinə pencəyini,
çətirini götürür sonra qapını açır.
Əgər gələn arzu olunan qonaqdırsa,
”Mən də elə indicə çatmışam,
buyurun içəri”,
əks halda “Təəssüf ki,təcili işim çıxdı,getməliyəm.
Tezliklə bunun əvəzini çıxaq” deyirlərmiş
Necə də “nəzakət”lidirlər axı...
Bu qərblilərin nəyi olmasa da “etika”ları var.
Aramızda qalsın,deyəsən,çox şeyləri
Reklamlarda,xəbərlərdə,proqramlarda ən çox eşitdiyimiz
ifadələri yadınıza salın : “Avropa Standartları”,
”Müasir qərb
”Avropa dəyərləri”,”Çağdaş sivilizasiya”,
”Avropa
İnsanlar nədənsə bu sadalananların arasında sadəcə
“Avropa dəyərləri”ni əlində bayraq tutub
kosmetik xarakterli “dəyişikliklər”in arxasınca qaçırlar.
Nümunə götürməyin,dünya təcrübəsindən
yararlanmağın əleyhinə deyiləm,
lakin təqlidçilikdən iyrənirəm.
Düz adamdırlarsa,qərblilərin elmi-texniki tərəqqilərini
örnək götürsünlər,
amma yox digər “əyləncəli proseslər”i
icra etmək asandır axı...
Kimdi elmlə,texnologiya ilə məşğul olan elə ?
Bu sözlər,fikirlər bizi yalnız qoysa da axıra qədər
özünəməxsusluq,hadisələrə fərqli yanaşmaq,
ətrafımızda olan
odekvat olaraq baxış
bucağımızı
”Bu dünyanın adamı deyilsən” deyənlər
bilsin ki lazım gəlsə J ,
özümüzə yeni bir
dünya qurarıq...
Hiç yorum yok