Gözlənilən vaxt gəldi.Tarixin qaranlıq dəhlizlərindən
süzülüb gələn səs məbəddəkilərə işarə verdi.
Kainatın ulu memarının hüzurunda toplaşan
ali seçilmişlər əzab çəkən
ruhlarını sakitləşdirmək,
elmi həqiqətlərin isığından məhrum olmuş
qaranlıq dünyanı aydınlatmaq üçün ayinə başladılar.
Bu zaman oxunan ilahilər və fəda edilən
qurbanların əmələ gətirdiyi
“müsbət" enerji təbəqəsi yeni dünya quruluşu
prinsiplərinin həyata keçirilməsinə
xeyir-dua verir.
Əsrlərdir davam etdirdikləri
“müqəddəs qardaş”lıqlarını
gələcək nəsillərə miras qoya bilmək üçün
topluluğa yeni namizədləri qəbul edirlər.
Təbii ki,namizəd,qəbul ayinindən
əvvəl bir çox
sınaqlardan üzüağ çıxmalı,
ali seçilmişlərin etimadını doğrultmalıdır.
Bütün bu uzun proseduralardan
sonra dəyərli namizəd,məbədə dəvət olunur,
gözləri bağlı şəkildə
gizli ayinin tələb etdiyi şərtləri yerinə yetirir və
ritualın ustadının icazəsi ilə gözlərini açır.
Elmi Həqiqətlər İşığının
(simvolik ampullar) qamaşdırdığı gözləri ilə
“seçilmiş qardaş”larını süzür,
ayağa qalxıb ritualın qanunlarına uyğun şəkildə
onlarla qucaqlaşır və sıralarına daxil olur.
Artıq bütün ömrünü,“ali seçilmiş”lərin
“müqəddəs hədəf”lərinin həyata keçirilməsi
istiqamətində görüləcək
işlərə həsr edəcək,səviyyəsi yüksəldikcə
“qardaşlıq sir”lərinə vaqif olacaq,
Kainatın Ulu Memarının uyğun gördüyü
Elmi Həqiqətlərin
İşığının rəhbərliyi ilə həyatına davam edəcək.
O,”mən” deyil,
”müqəddəs
biz”in önəmli bir parçasına çevrilir.
Hiç yorum yok