DAXİLİ HESABLAŞMA

                           daxili hesablaşma                                                                     

Keçmişi ilə hesablaşmadan sakitlik tapa bilməyəcəyini anladı.

Belə bir qərara gəldi : 

Onları dəvət edəcək,danışacaq,son nöqtəni qoyacaqdı.

62 yaşlı qəhrəmanımız,adının 

Gəray olmasına baxmayaraq 

həyatında 62 maraqlı şey tapa 

bilməyən(çoxumuz birini də tapa 

bilmir) maraqlı insandır.

Nəhayət ki,gözlənilən gün gəldi çatdı.

Otağa daxil oldu və hər kəsin gəlib stol 

arxasında əyləşdiyini gördü.

 Otaqdakılarla tanış olaq : 

20 yaşlı (Gəray),35 yaşlı (Gəray),45 yaşlı(Gəray)

 və 62 yaşlı maraqlı insan.

Heç kim danışmırdı.Qəhrəmanımız söhbət 

mövzusuna giriş etmək üçün sözə başladı :

 

62 yaşlı(G) : Xoş gəlmişsiniz.Sizi gördüyümə o

 qədər məmnunam  ki ...

Otaqdakılar narazı halda oturmuş,bir-birlərini

 göz altından  süzürdülər.


20 yaşlı (G) : Bir də məndən soruş.

Elə bildim ki,səninlə təkbətək danışacağam.

Bu sistem "qul"larının burada olacağını 

bilsəydim,gəlməzdim.


45 yaşlı(G) : Sənə dedim ki axmaq yeniyetməni

 çağırma !


35 yaşlı(G) onun sözünü kəsdi,

içəridəkilər qışqırışmağa başladı.


35 yaşlı(G) : Günah məndədir ki,yararsız

 insanların arasında oturmuşam.


               62 yaşlı(G) : Biraz təmkinli olmağınızı təvəqqe  edirəm.

20 yaşlı(G) : Kəs səsini kaftar ! İşlər başı sənsən.

Yaşlandıqca qorxaq,xudbin və ruhsuz bir adama

 çevrilirsən.


35 yaşlı(G) : Bu xəyalpərəstə bax ! 

Bütün dünyaya meydan oxuyur.


20 yaşlı(G) : Sənin kimi "realist" olmaqdansa

 xəyalpərəstlik yaxşıdır.


62 yaşlı Gəray mətbəxə getdi,əlində bir qazan 

mərci supu ilə içəri qayıtdı


         62 yaşlı (G) : Üzrlü hesab edin,ac olduğunuzu unutdum.

Ona görə də bir-birinizin ətini yeyirsiniz.

Hamımızın xoşladığı yemək gətirmişəm.


                45 yaşlı (G) : Yox anlamırsan.Yoxsa anlamaq  istəmirsən? 

Buradakı hər kəs səndən və 

bir-birindən nifrət  edir.

Bu yığıncaq yaxşı fikir deyildi.


                   62 yaşlı (G) : Məni anlayın! Son nəfəsimi verənə qədər 


 qalan ömrümü sakit,rahat yaşamaq istəyirəm.


Hər kəs gülüşməyə başladı,amma qısa müddət 

sonra mühit "soyudu".


20 yaşlı(G) : Bütün əsəblərim korlandı.

Kapitalist dünyanın 

komprador əclafları çərənləyir.


45 yaşlı(G) : Axı 100 dəfə demişəm,gülünc 

terminologiyadan  istifadə etmə.


35 yaşlı(G) : Sənin kimi riyakar liberal olsun?!


62 yaşlı qəribə insan rahatlıq tapmaq əvəzinə

 depressiv bir şəxsiyyətə çevrilirdi.

Artıq bu cənabları dəvət etdiyinə görə yavaş-

yavaş peşman olurdu.

 

               62 yaşlı(G) : Xahiş edirəm ki,siyasi söhbətlərdən  uzaq olaq.


                    Biz şəxsi məsələlərimizi müzakirə etmək üçün yığışmışıq.

 35 yaşlı(G) : Heç birinizdə milli şüur formalaşmayıb.

 

20 yaşlı(G) ayağa qalxdı və kinayə ilə gülümsədi.

Hər kəs təəccübləndi və biraz da narahat oldu.

20 yaşlı(G) cibindən odlu silahını çıxardı.


20 yaşlı(G) : Yaxşı ki əliboş gəlməmişəm.


45 yaşlı(G) : Dayan,ey anarxist! 

İnsan həyatı toxunulmazdır.
 

20 yaşlı(G) : Məncə çox əmin olma.


20 yaşlı(G) silahla əvvəlcə 45 yaşlı(G)-yi sonra 

35 yaşlı Gərayı öldürdü.


62 yaşlı qəhrəmanımızın rəngi saralmış,

gözləri bərəlmişdi.

 

20 yaşlı(G) : İndi danışa bilərik.


Bu dəmdə qapı döyülməyə başladı.


62 yaşlı(G) : İzninlə qapını açım.


20 yaşlı(G) : Açma! Döyər-döyər gedər.


62 yaşlı(G) : Vacib ola bilər.


62 yaşlı Gəray ayağa qalxıb qapıya yönəlir,

20 yaşlı(G) silahı 

alnına yaxınlaşdırır və bamm.

62 yaşlı(G) qapını açdı,saçı çallaşmış

 bir kişi ilə  üz-üzə gəldi.

41 yaşlı şəxs səs-küydən yaman əsəbləşmişdi.


62 yaşlı(G) : Siz kimsiniz ?


41 yaşlı : Qonşunuzam.Burada nə baş verir?


62 yaşlı(G) : Müvəqqəti narahatçılığa görə üzr... 

Bir dəqiqə,mən həyət evində qalıram.

Nə aşağı,nə də yuxarı ... 

Eee nə deyirəm?! Mənim qonşum yoxdur axı.

Qonşu qəh-qəhə çəkib gülməyə

başladı və belə dedi :

"Burada olan hər şey həqiqətə uyğundu,bircə 

qonşunun olmağı fantastikdi?! "



                            












 

Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.