GETMƏK

Sonu olmayan yol var mı? Köç yolu iraq ki iraq...

-         Yol getmək üçün nə lazımdır?

     +    Sürət

-         Başqa?

+   Təcil?

-         Sənə vektorial kəmiyyətləri say demədim...

+   Bəs nə?

-         Cəsarət

getmək

Həqiqətən də yola çıxmaq,hərəkət etmək bir sözlə yolda

 olmaq  üçün 

sadəcə sürət yox,cəsarət də lazımdır.

Taksiyə minirsən və gedirsən.

Xeyr xeyr bu qədər asan ola bilməz.

Düz adamsansa,biraz əvvələ qayıt.

Taksi dayanır,evdən çıxırsan ardınca sevdiklərin gəlir.

Budur,çöldəsən.

Görüşmək fəsli başlayır,bu bildiyimiz fəsillərdən deyil.

Bütün havası,vidalaşma iqliminin hökm sürdüyü 

atmosfer şəraitindən ibarətdir.

Maşın işə düşür,çox güman ki, 

qabaq oturacaqdasan və hərəkət  başlayır.

Aynadan geridə qalanları görürsən : 

sallanan əllər,atılan bir dolça su və gözləyirlər.

Nəyi? Taksinin gözdən itməsini.

Bu anda bəlkə sən geriyə qayıtmaq üçün

bir problem çıxmasını istəyirsən,

bəlkə də dua edirsən.İnadına gedir,

elə sürətlidir ki bir müddət sonra 

onları aynadan görə bilmirsən.

Çoxdan yoldasan,yolun qırağında 

yağışdan sonra qalmış 

gölməçə,sanki qurumaq istəmir.

Növbəti yağışa qədər qalıb 

missiyasını tamamlamaq istəyir.

Burada dayanaq.

Görəsən,getmək çətindir yoxsa qalmaq? 

Gedənlər daha çox mənəvi əzab çəkir yoxsa qalanlar ?

Əzəldən bəri bu iki qrup arasında müzakirə 

bəzən də mübahisə,həlledici

məqamda isə mübarizə gedir.

Gedənlər,qalanların  cəsur olmadıqlarını iddia edir,

onların barəsində

 qorxaq olduqları  ittihamını səsləndirir.

Qalanlar isə gedənlərin çətinliyə tab gətirmək əvəzinə,

arxasına baxmadan

getməsini zəiflik və dözümsüzlük hesab edir.

İki tərəf də bir-birini sevir,

lakin baş verən proseslə barışa bilmir və

nəsildən nəsilə bu incikliyi ötürürlər.

Bu məsələyə düyün vuran vurana,

qütbləşməyə meyilli insanlar bu  qruplar arasında özlərinə

yer tapır,mübarizəyə qoşulurlar.

Bölünməyə,qruplaşmağa,tez qərar verməyə,

ölçüb-biçməməyə necə  də yönümlüyük !

 Bizləri əvvəlcə məhəllələr,

bölgələr sonra isə  ideologiyalar

 arasında parçalayanlar,

çörəklərinə yağ(bəlkə kürü) yaxıb yeyərkən

 insanlar da bir-birini “yeyir”.

Haqqı tapdalanlar birləşib haqsızlığa mübarizə aparmır 

əksinə bir-birlərinə quyu qazırlar.

İstər gedən,istərsə qalan olun.

Önəmli olan fərqlilikləri,

parçalanma instrumentinə çevirməmək,

əksinə hörmətlə  qəbul etməkdir. 

Fərqliliklər bizim zəngliyimizdir.

İnsanların bir-birlərinə verə biləcəyi

ən  dəyərli şeylər : sevgi və anlayışdır.

 

                                           

 

 

 

 

 

 

 

 


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.