MARAQSIZ SÖHBƏT

           maraqsız söhbət         

Bir gün X və Y kafede görüşür. Çay içib söhbət edirlər.

X gərgin görünür və tez-tez deyinir.

Y həmişəki kimi(qayğısız) oturub  dinləyir,hərdən suallar verir.

Onlar arada bir buraya gəlib hal-əhval tuturlar.

Sözün düzü,bu,görüşdən çox adətə çevrilmişdi.

Söhbət mövzuları : Hər kəsin bildiyi,danışdığı şeylər.

Yəni biraz iş,şəxsi həyatlar bir də ürəkdə qalan sözlər(hamısı yox)

Əslində ikisi də bu görüşləri çox xoşlamırdı.

Hər dəfə bu “axırıncı görüş”dür deyirlər,

amma sonra nəsə baş verir və fikirlərini dəyişirlər.

Əvvəllər söhbətləri maraqlı olsa da

sonradan işin “rəngi” dəyişdi.

Bilirsiniz necə?

Dialoqları elə bil ki,xüsusi bir alqoritmə

 əsasən baş tutmağa  başladı.

Nəysə biz yoldaşları çox gözlətməyək…

 

X məğrur şəkildə Y-ə baxıb qəribə şəkildə təbəssüm edərək

                                             + firmada,nə olduğunu bilirsən? 

Y maraqlı şeylər eşidəcəyini təsəvvür edib qulaqlarını zillədi. 

                                                                *Haradan bilim...      

+  Müdirlə danışdım.Nə lazımdırsa,dedim 

Y təəccüblü şəkildə 

*Həqiqətən ? 

X lovğalanaraq qətiyyətli səs tonu ilə 

+ Nə danışırsan... Dişimin dibindən çıxanı dedim. 

Əlimi masaya vurub "bəsdir", 

"Mənə işgəncə verməyə,əməyimi 

istismar etməyə haqqın yoxdur" dedim. 

*Bəs o... 

+ heç nə deyə bilmədi 

*necə yəni ? 

+ baxışlarımla dedim,üzünə tərs-tərs baxdım. 

O hər şeyi anladı,lakin cavab verə bilmədi. 


Y güldü,bir neçə saniyə sonra süst halda 

*Mən də elə təsəvvür etmişdim. 

           + Sən,əclafın katibə ilə olan məsələsini eşitdin? 

*Sizin firmanın katibəsi var? 

      + Yoxdur,amma nə vaxtsa olacaq. 

Həm sən bilmirsən onu?! 

Dişi milçək görsə,onun üstünə hoppanar. 

*sonra ? 

X düşüncəli şəkildə baxıb davam etdi 

+ ona dedim ki,katibədən uzaq dursun və 

narahat etməsin. 

Y onun üzünə müəmmalı şəkildə baxaraq. 

*Amma... 


X narazı şəkildə

+ Sözümü kəsməsən olmaz da. 

İmkan versəydin,fikrimi tamamlayacaqdım. 

Müdirə sonuncu cümləmi isə ürəyimdə dedim.

* Deyəsən,məndən başqa hər kəslə 

baxışlarınla və daxili səsinlə danışırsan... 


                                                                 


Hiç yorum yok

Blogger tarafından desteklenmektedir.